Pulsuz veb sayt yaratmaq

Pulsuz veb sayt yaratmaq
Avqust 28

İnternetdə pulsuz sayt açmaq haqqında müxtəlif yollar mövcuddur. Bəzi saytlarda siz heç bir proqramlaşdırma biliyi olmadan qeydiyyatdan keçməklə hazır veb sayt şablonlardan birini seçərək, saytınızı qura bilərsiniz və sizə təqdim olunan admin paneldən həmin tema içərisindəki kontentləri asanlıqda dəyişdirə bilərsiniz.

Lakin, bu bloqumuzda biz wordpress, joomla opencart, datalife engine və s. kimi CMS-lərdən istifadə edərək, pulsuz sayt hazırlamaqdan danışacağıq.

Veb sayt hazırlamaq üçün ilk növbədə domen və hostinq lazımdır. İnternetdə kifayət qədər pulsuz birinci səviyyə və ikinci səviyyə domenlər və hostinqlər tapa bilərsiniz. Bunun üçün axtarış sistemlərində "free domains" və ya "free hosting" yazaraq bunların hər ikisini ayrı-ayrılıqda əldə edib birləşdirə və ya pulsuz hostinq təklif edən şirkətlərin üçüncü ikinci səviyyəli domenlərindən istifadə edə bilərsiniz.

Pulsuz hostinq alan zaman nəyə fikir verməli?

Adətən pulsuz hostinq təklif edən şirkətlər həmin hostinqlərdə sayt yaradan zaman sizin saytın hər hansısa bölməsində reklam yerləşdirə bilərlər. Bundan əlavə, hostinqinizdə MySQL dəstəyinin olmasına diqqət yetirin. Pulsuz hostinq alarkən, hostinq haqqında məlumatları diqqətli şəkildə oxumağınızı tövsiyyə edirik.

Domen və hostinqi aldıqdan sonra saytı necə qurmalı?

Bir çox hostinq satışı ilə məşğul olan şirkətlərin admin panelində (cPanel, DirectAdmin və s.) bir kliklə CMS-ləri quraşdırmaq olur. Əgər bu mümkün deyilsə, siz yuxarıda adlarını çəkdiyimiz CMS-lərin rəsmi saytlarına daxil olub, onların arxiv formada (zip,rar,tar və s.) yükləməlisiniz. Sonra həmin arxiv faylı hostinqinizin əsas qovluğuna (Bu, adətən, pulblic_html və ya root şəklində olur.) yükləməlisiniz. Yüklədikdəns sonra, həmin arxivi seçib, "faylları arxivdən çıxarmaq" əmrini verməlisiniz. Fayllar arxivdən çıxarıldıqdan sonra siz CMS fayllarının bir qovluqda cəmləndiyini görəcəksiniz.

Faylları qovluqda hazırladım, sonrakı mərhələ nədir?

Növbəti addımda siz, məlumatları yaratmaq üçün MySQL database və MySQL istifadəçisi yaratmalısınız. Siz hostinqin təqdim etdiyi admin paneldə bir MySQL database yaradın sonra isə bir MySQL istifadəçi adını yaradıb şifrələyin. Yaradılan istifadəçi adını admin panelinizdən həmin məlumat bazasının (MySQL database) içərisinə daxil edib, yadda saxlayın.

MySQL məlumatları hazırladım, indi nə etməliyəm?

İndi isə siz CMS-i yerləşdirdiyiniz qovluğu veb brauzerinizdə açmalısınız. Bəzi CMS-lərdə onları qurmaq üçün sadəcə həmin qovluğu açmaq, bəzilərində isə qovluqdan sonra "/install" əlavəsini yazmaq tələb olunur.

Həmin qovluq açıldıqdan sonra sizə şəxsi məlumatlarınızı, bəzi digər xırda məlumatları daxil etmək, hər hansısa şablonu anında quraşdırmaq, MySQL məlumatları daxil etmək, admin panel üçün istifadəçi adı, şifrə təyin etmək və s. kimi ardıcıl pillələr təqdim olunur. Addım-addım bu pillələri tamamladıqdan sonra, CMS-in quraşdırılması tamamlanır və öz saytınızın domen adını veb brauzerinizdə yazdıqda, həmin CMS-in ilkin (default) şablonunu görürsünüz. Bu, o deməkdir ki, siz artıq pulsuz olaraq öz veb saytınızı hazırladınız.

Veb saytımı yaratdım, indi necə dəyişikliklər etməliyəm?

Veb saytınız hazır olduqdan sonra siz, CMS üçün təqdim olunan admin panelə həmin CMS-i quraşdırarkən təyin etdiyiniz istifadəçi adını və şifrəni daxil edərək, daxil ola bilərsiniz. Admin panelə adxil olmaq üçün hər CMS-in özünün xüsusi əlavəsi(Məsələn, wordpressdə siz CMS-in yerləşdiyi qovluğun sonuna ""/wp-admin" yazaraq daxil ola bilərsiniz) vardır.

Admin panelə daxil olaraq, proqramlaşdırma biliyiniz olmadan belə həmin CMS-in hazır şablonlarından istifadə edərək, veb saytın dizaynlarını dəyişə, menyular yarada, səhifələrdəki məlumatları öz istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.

Biznesinizi və ya biznes ideyanızı veb'də və mobil telefonlarda işıqlandırmağa hazırsınızmı ?

BİZİMLƏ ƏLAQƏ