Domain nədir?

Domain nədir?
Avqust 27

Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir.

Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.

Məsələn, en.wemob.az.org domen adı üçüncü səviyyəli en domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wemob domeninə, wemob isə birinci səviyyəli az domeninə aiddir.

Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur.

Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.

Milli domenlər – .az, .ru, .us və s.

ccTLD - milli zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır. Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, ABŞda – US, Türkiyədə – TR və s. qəbul edilmişdir.

Funksional domenlər – .com, .org, .net, .info və s.

gTLD - funksional zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.

Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir.

Funksional domenləri aşağıdakı şəkildə təsnifləşdirmək olar:

com – kommersiya təşkilatları üçün

org – qeyri- kommersiya təşkilatları üçün

edu – təhsil müəssisələri üçün

biz – sahibkarlıq fəaliyyəti üçün

gov – dövlət və yerli özünü idarə orqanları üçün

info – kütləvi informasiya vasitələri üçün

name – fiziki şəxslər üçün

net – internet şəbəkəsinin inkişafında iştirak edən təşkilatlar və layihələr üçün.

Biznesinizi və ya biznes ideyanızı veb'də və mobil telefonlarda işıqlandırmağa hazırsınızmı ?

BİZİMLƏ ƏLAQƏ