Reklam nədir?

Reklam nədir?
Avqust 22

Reklam insanların hər hansı bir məhsulu almasına, xidmətdən istifadə etməsinə və ya hər hansı bir namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Reklam websaytlar, qəzet, websaytlar, bilbord, radio və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcı üçün necə faydalı olacağı barədə məlumatları özündə əks etdirir. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya onun xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi forması istehalın artdığı 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir.

Ticarət məqsədilə reklamverənlər öz məhsullarının və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər.

Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.

Reklam xərcləri son illərdə artmaqdadır. 2007-ci ildə reklam xərcləri ABŞ-da 150 milyon dünya miqyasında isə 385 milyon USD olaraq hesablanmışdır və sonuncunun 2010-cu ildə 450 milyonu aşacağı gözlənilir. Hazırda bir çox insanlar daha ucuz, lakin eyni zamanda daha effektli reklam metodları axtarmaqdadır. Nisbətən daha ucuz olan reklam növlərinə direkt marketinq və təşviqedici reklam məhsullarını aid etmək olar. Direkt marketing hansısa tədbirlərdə və ya sadəcə kampaniyanın tərkib hissəsi olaraq təşviqedici reklam məhsullarının da verilə bilindiyi insanlara üzbəüz, birbaşa təsiri nəzərdə tutan bir vasitədir. Təşviqedici reklam məhsulları bir qayda olaraq kütləvi şəkildə satın alındığından daha ucuz bir üsuldur. Direkt marketinqlə birlikdə təşviqedici reklam məhsulları kiçik vəsaitlə olduqca effektli bir marketinq kampaniyası təmin edir.

Biznesinizi və ya biznes ideyanızı veb'də və mobil telefonlarda işıqlandırmağa hazırsınızmı ?

BİZİMLƏ ƏLAQƏ