SEO nədir?

SEO nədir?
Avqust 21

SEO ingilis sözü olan "Search Engine Optimization" sözünün qısaltmasıdır. Azərbaycan dilinə axtarış sistemi optimallaşdırma xidməti kimi tərcümə edə biləcəyimiz SEO axtarış sistemi içərisində istifadəçilərin veb səhifələrini daha asan bir şəkildə tapmasına, axtarış sistemləri üzərində öz sıralarda çıxmasına imkan verən daxili və xarici texniki tənzimləmə işlərini əhatə edir

Bununla birlikdə axtarış sistemi; axtarış nəticələrinin siyahısını alqoritmik şəkildə, yəni sıralamaq üçün riyazi bir struktur istifadə etməkdədir. Buna görə də hər bir veb proqramist yazdığı və meydana gətirdiyi səhifələri bu detala diqqət edərək yaratmağa köklənməlidir. İnternetin iqtisadiyyatdakı gücünün artması nəticəsində SEO sürətlə yayılmağa başlamışdır.

SEO işi özündə daxili və xairici SEO-nu birləşdirir. Görülən bu işlər, həm saytın internet üzərində istifadəçilərə daha sürətli, daha təmiz məlumat verməsi, həm də axtarış sistemi siyahısında yuxarı sıralamalarda çıxarılaraq daha çox istifadə edilməsi məqsədini daşıyır.

Daxili SEO nədir?

Veb saytın içində görülən işlər saytın daxili SEO-su adlanır: Buraya  saytın məzmunu, meta əmrləri, qalın şriflərlə yazılmış sözlər və hisələr, saytın URL quruluşu, h1-h6 alt-başlıqları, cəld keçidlər, şəkillərin optimallaşdırılması daxildir.

Əgər, saytınızın daxili SEO-sunu gücləndirmək istəyirsinizsə, ilk növbədə saytınızın səhifələrində istifadə etdiyiniz açar sözlərinin həmin səhifədəki yazılara uyğunluğuna diqqət etməlisiniz.

Xarici SEO nədir?

Veb saytların tanıdılması üçün həmin saytdan qıraqda görülən işlər xarici SEO-dur. Sosial şəbəkələrdən, başqa saytlardan veb sayta keçidlərin yaradılması saytın xarici SEO-suna aiddir.

Xarici SEO üçün istifadə olunan və bizim "Backlink" adlandırdığımız termin digər internet mənbələrindən saytınıza keçidin verilməasi anlamına gəlir. Sizin saytınıza nə qədər çox keçidlər verilərsə, axtarış matorları sizin saytı daha güvənli, məşhur sayt kimi tanıyacaq və bu da saytınızın üst sıralarda çıxmasına kömək edəcək.

Biznesinizi və ya biznes ideyanızı veb'də və mobil telefonlarda işıqlandırmağa hazırsınızmı ?

BİZİMLƏ ƏLAQƏ