Məxfilik siyasəti

Bu “Məxfilik Siyasəti” wemob.az komandası (bundan sonra "WEMOB") tərəfindən idarə olunan www.wemob.az veb saytında toplanan məlumatlara şamil olunur. WEMOB veb sayta daxil olan istifadəçilərin məlumatlarının məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etməklə və əlaqə bölməsində məlumatlarınızı daxil etməklə siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş hesab edilirsiniz.

Əlaqə bölməsində aşağıdakı məlumatlar götürülür:
1. Ad
2. Soyad
3. E-mail ünvanı

Şəxsi məlumatların istifadəsi:
Əlaqə zamanı təqdim edilən - yuxarıda sadalanan məlumatlar istifadəçilər ilə əks-əlaqə saxlamaq, WEMOB-un təqdim etdiyi məhsullarla bağlı yenilikləri, dəyişiklikləri, satış nöqtələri haqqında məlumatları isitfadəçilərə göndərmək üçün istifadə edilə bilər.

Veb brauzer kukilərindən istifadə:
WEMOB əksər saytlarda olduğu kimi istifadəçi təcrübəsini artırmaq məqsədilə “kukilər”dən istifadə edir. İstifadəçi istifadə etdiyi brazuerin parametrlərindən bu "kukilər"i tənzimləyə bilər. Kukilər heç bir məxfi məlumatı ötürmür.

Bizim zəmanətimiz:
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, WEMOB yuxarıda sadalanan məlumatların heç vaxt və heç bir halda üçüncü şəxslərə açıqlamayacağına zəmanət verir. WEMOB sizin ötürdüyünüz məlumatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq emal olunacağına zəmanət verir.

Dəyişikliklər:
Dəyişikliklərin çox gec və az həcmdə olmasına baxmayaraq, WEMOB ehtiyac olduqda veb saytın hər hansısa bir hissəsinə və ya "Məxfilik Siyasəti"nə dəyişikliklər etmək hüququnu özündə saxlayır və bu tamamilə WEMOB-un səlahiyyətindədir. Veb saytda və ya "Məxfilik Siyasəti"ndəki dəyişikliklərə baxmayaraq, bu saytdan istifadə etməyiniz, sizin bu dəyişiklikləri qəbul etdiyiniz mənasına gəlir.